SİYAHI
1901
Sülli-Prüdom- Fransa- "Böyük ədəbi məziyyətlərinə, ali idealizminə, bədii
mükəmməlliyinə və səmimilik ilə istedadın qeyri-adi tərzdə bir-birini
tamamladığına görə".
1902 Teodor Mommzen- Almaniya- "Roma
tarixi" adlı monumental əsərinə görə"
1903 Byörnstyerne Byörnson - Norveç-
"İlhamının təravəti və nadir mənəvi saflığı ilə həmişə seçilən hərtərəfli,
nəcib və yüksək poeziyasına, eləcə də epik və dramatik istedadına görə"
1904 Frederik Mistral- Fransa- "Xalqın
ruhunu olduğu kimi əks etdirən poetik əsərlərinin yeniliyinə və orijinallığına
görə".
1904 Xose Eçegeray-i-Eysagirre- İspaniya-
"İspan dramının dirçəldilməsində göstərdiyi çoxsaylı xidmətlərinə görə".
1905 Henrik Senkeviç- Polşa - "Epos sahəsindəki
böyük xidmətlərinə görə".
1906 Cozue Karduççi- İtaliya -
"Yaradıcılıq enerjisinə, üslub yeniliyinə, poetik şedevrlərinin lirik qüvvəsinə
görə".
1907 Redyard Kiplinq- Böyük Britaniya-
"Müşahidə etmək bacarığına, parlaq fantaziyasına, ideya bitkinliyinə və rəvayətçilik
istedadına görə".
1908 Rudolf Eyken- Almaniya- "Ciddi
olaraq həqiqət axtarışı, hər bir şeyə üstün olan düşüncə gücü, geniş
dünyagörüşü, canlılıq və inandırıcılıq vasitəsilə idealist fəlsəfəni müdafiə
etdiyinə görə".
1909 Selma Lagerlöf - İsveç- "Əsərlərini
digərlərindən fərqələndirən yüksək idealizmə, aydın parlaq fikir və müqəddəsliyi
tərənnüm etdiyinə görə".
1910 Paul fon Heyze - Almaniya- "Dünyada
məşhur olan novellalar müəllifi, lirik şair, dramaturq və romanistə bədillik və
idealizmə görə".
1911 Moris Meterlink- Belçika- "Təxəyyüllə
və poetik fantaziyalarla zəngin dram əsərlərinə görə".
1912 Gerhart Hauptman- Almaniya- "Dram sənəti
sahəsində məhsuldar, rəngarəng və misilsiz xidmətlərinə görə".
1913 Rabindranat Taqor- Hindistan-
"Poetik zəkadan ustalıqla istifadə edilərək, dərin həssaslıqla yazılmış
orijinal və gözəl şeirlərə görə".
1914 Mükafat təqdim edilməyib.
1915 Romen Rollan- Fransa- "Ədəbi əsərlərindəki
yüksək idealizmə, həqiqəti duymaya və sevməyə görə".
1916 Verner fon Heydenstam - İsveç-
"Dünya ədəbiyyatının yeni dövrünün görkəmli nümayəndəsi olduğuna görə".
1917 Karl Adolf Gellerup- Danimarka-
"Poetik yaradıcılığının rəngarəngliyinə və yüksək ideallarına görə".
1917 Henrik Pontoppidan- Danimarka-
"Danimarkanın müasir həyatını inandırıcı bir tərzdə təsvir etdiyinə görə".
1918 Mükafat təqdim edilməyib.
1919 Karl Şpitteler- İsveçrə- "Bənzərsiz
"Olimpiya baharı" eposuna görə.
1920 Knut Hamsun- Norveç- Əsrlərlə torpağa
bağlılığını və patriarxal ənənəyə sadiqliyini qoruyub saxlayan Norveç kəndlilərinin
həyatından bəhs edən möhtəşəm əsəri -"Torpağın şirələri"nə görə".
1921 Anatol Frans- Fransa- "Dərin məşəqqətli
humanizmlə və əsl qall temperamentliliyi ilə yazılmış nəfis stilli parlaq ədəbi
nailiyyətlərinə görə".
1922 Xasinto Benavente-i-Martines- İspaniya -
"Şanlı ispan dram ənənələrini ustalıqla davam etdirdiyinə görə".
1923 Uilyam Yeyts- İrlandiya- "Milli ruhu
yüksək ədəbi formada özündə əks etdirən ilhamla dolu poetik yaradıcılığına görə".
1924 Vladislav Reymont- Polşa- "Möhtəşəm
"Kişilər" milli eposuna görə".
1925 Bernard Şou- İrlandiya- "Misilsiz
poetik gözəlliklə birləşdirdiyi parlaq satirasına, idealizm və humanizmlə zəngin
yaradıcılığına görə".
1926 Qrasiya Deledda- İtaliya- "Əziz vətəninin
həyatını və insan problemlərinə tam dərindən yanaşmanı plastik aydınlıqla əks
etdirdiyi poetik əsərlərinə görə".
1927 Anri Berqson- Fransa- "Aydın və
optimist ideyalarına və bu ideyaları özündə əks etdirən müstəsna fəaliyyətlərinə
görə".
1928 Siqrid Unset- Norveç- "Orta əsrlər
skandinaviyasının yaddaqalan təsvirinə görə".
1929 Tomas Mann- Almaniya- "Müasir ədəbiyyatın
klassikasına çevrilmiş qüdrətli "Buddenbroklar" romanına görə".
1930 Sinkler Lüis- ABŞ- "Güclü və ifadəli
yaradıcılıq məharətinə, satira və yumordan istifadə edərək yeni tip və
xarakater yaratmaq kimi müstəsna qabiliyyətinə görə".
1931 Erik Karlfeldt- İsveç- "Poeziyasına
görə (ölümündən sonra)"
1932 Con Qolsuorsi- Böyük Britaniya- "Yüksək
yaradıcılıq qabiliyyətinin zirvəsi olan "Forsaytlar haqqında saqa" əsərinə
görə".
1933 İvan Bunin- Rusiya/ Fransa- "Rus
klassik nəsrinin ənənələrini inkişaf etdirmə ustalığına görə". (mükafatı
mühacirətdə alıb)
1934 Luici Pirandello- İtaliya- "Səhnədə
və dramaturgiya sənətinin intibahında göstərmiş olduğu bədii cəsarətə və
ixtiraçılıq qabiliyyətinə görə".
1935 Mükafat təqdim edilməyib.
1936 Yucin O'Nil- ABŞ- "Faciə janrını
yeni şəkildə təfsir edən dram əsərlərinin təsir gücünə, həqiqiliyinə və məna dərinliyinə
görə".
1937 Roje Marten dü Qar- Fransa- "İnsanı
və müasir həyatın daha qabarıq tərəflərini düzgün əks etdirdiyinə və bədii
gücünə görə".
1938 Perl Bak- ABŞ- "Çin kəndlilərinin həyatını
hərtərəfli, həqiqi epik təsvirlərinə və bioqrafik şedevrlərinə görə".
1939 Frans Emil Sillanpaa- Finlandiya-
"Fin kəndlilərinin həyatına dərindən nüfuz etdiyinə və onların möhtəşəm adətlərini
və təbiətlə münasibətlərini əks etdirdiyinə görə".
1940 -1943 Mükafat təqdim edilməyib.
1944 Yohannes Yensen- Danimarka-
"İntellektual biliyə həvəsi və bənzərsiz yaradıcılıq üslübu ilə birləşdirmiş
olduğu müstəsna poetik təxəyyülünün gücü və zənginliyinə görə".
1945 Qabriela Mistral- Çili- "Adını
"bütün Latın Amerikası üçün idealist can atma" rəmzi edən həqiqi
hisslərlə dolu poeziyasına görə ".
1946 Herman Hesse- Almaniya/ İsveçrə-
"Humanizmin klassik ideallarını özündə əks etdirən dərin ruhlu
yaradıcılığına və həmçinin gözəl üslüba görə".
1947 Andre Jid- Fransa- "İnsan problemini
- həqiqətə qorxusuz sevgi və dərin psixoloji hisslərlə əks etdirən dərin mənalı
bədii əsərlərinə görə".
1948 Tomas Eliot- Böyük Britaniya-
"Müasir poeziyanı yeniliklərlə zənginləşdirdiyinə görə".
1949 Uilyam Folkner - ABŞ- "Ədəbiyyat
nöqteyi-nəzərindən müasir amerika romanına verdiyi böyük və misiksiz töhfələrinə
görə".
1950 Bertran Rassel- Böyük Britaniya-
"Rasionalizm və humanizmin ən dəyərli nümayəndələrindən biri kimi azad söz
və azad fikir uğrunda qərbdə mübarizə aparan qorxusuz döyüşçü olduğuna görə".
1951 Per Laqerkvist- İsveç- "Yazıçının bəşəriyyəti
daim düşündürən suallara cavab tapmaq uğrunda çalışdığı bədii gücünə və mütləq
müstəqil mühakimələrinə görə".
1952 Fransua Moriak - Fransa- "Öz romanlarında
insan həyatının faciələrini əks etdirə bilən dərin mənəvi hissləri anlamağına və
bədii gücünə görə".
1953 Uinston Çörçill - Böyük Britaniya-
"Tarixi və bioqrafik xarakterli əsərlər yaratmaqda böyük ustalığına və
yüksək insanlıq dəyərlərini qoruya bildiyi çox gözəl natiqlik qabiliyyətinə görə".
1954 Ernest Heminquey-
ABŞ- "Növbəti dəfə "Qoca və dəniz" əsərində sərgiləmiş olduğu
yazıçılıq qabiliyyətinə görə".
1955
Kilyan Xalldor Laksness- İslandiya- "İslandiya ədəbiyyat sənətini dirçəldən
parlaq epik gücünə görə".
1956
Xuan Ramoz Ximenes- İspaniya- "İspan poeziyasında yüksək ruh və bədii təmizlik
nümunəsinə çevrilmiş lirik poeziyasına görə".
1957
Alber Kamyu- Fransa- "İnsan vicdanının əhəmiyyətini işıqlandıran, ədəbiyyat
sahəsinə vermiş olduğu böyük töhfələrə görə".
1958
Boris Pasternak - SSRİ- "Müasir lirik poeziyadakı əhəmiyyətli nailiyyətlərinə
və böyük rus epik roman ənənələrini davam etdirdiyinə görə".
1959
Salvatore Kvazimodo- İtaliya- "Müasir dövrün faciəvi sınaqlarını klassik
canlılıqla əks etdirdiyi lirik poeziyasına görə".
1960
Sen-Jon Pers- Fransa- "Müasir dövrdəki vəziyyəti əks etdirə bildiyi yüksək
və nümunəvi şeirlərə görə".
1961
İvo Andriç- Yuqoslaviya- "Öz ölkəsinin tarixi ilə bağlı olan insanların
taleyini və problemləri bütünlüklə aça bildiyi epik janrdakı istedad gücünə görə".
1962
Con Steynbek- ABŞ- "İncə yumoru kəskin sosial baxışlarla birləşdirə bilən
realist poetik zəkasına görə".
1963
Yorqos Seferis - Yunanıstan- "Qədim ellin dünyasının qarşısında baş əyməyə
vadar edən gözəl lirik əsərlərinə görə".
1964
Jan Pol Sartr- Fransa- "Müasir dövrümüzə böyük təsir göstərmiş azadlıq
ruhu ilə aşılanmış və yaradıcılıq həqiqətləri ilə dolu zəngin ideyalarına görə
".
1965
Mixail Şoloxov - SSRİ- "Rusiya üçün dönüş dövründə bədii gücü baxımından
eposun tamlığına görə".
1966
Şmuel Yosef Aqnon- İsrail- "Yəhudi xalq motivləri ilə zəngin olan dərin mənalı
orijinal hekayələrinə görə ".
1966 Nelli
Zaks- Almaniya/ İsveçrə- "Yəhudi xalqının taleyini araşdıran əzəmətli
lirik və dram əsərlərinə görə".
1967
Migel Anxel Asturias- Qvatemala- "Əsərlərində Latın Amerikası hindularının
adət və ənənələrinə maraq duyduğu parlaq bədii nailiyyətlərinə görə".
1968
Yasunari Kavabata- Yaponiya- "Yapon şüur və düşüncəsinin mahiyyətini
ustalıqla çatdıra bildiyi yazıçılıq qabiliyyətinə görə".
1969
Semyuel Bekket- İrlandiya- "Müasir insanın faciəsinin elə insanın özünün qələbəsinə
çevrildiyini göstərdiyi nəsr və dramaturgiya sahəsində yenilikçi əsərlərinə görə".
1970
Aleksandr Soljenitsın- SSRİ- "Dahi rus ədəbiyyatı ənənələrini öz əsərlərində
qeyd etmiş əxlaqi gücünə görə".
1971
Pablo Neruda- Çili- "Bütün qitənin taleyini özündə təcəssüm etdirən fövqəltəbii
şeirlərinə görə".
1972
Henrix Böll- Almaniya- "Əsərlərində geniş şəkildə əks etdirdiyi gerçəkliklərə
və yüksək sənətkarlıqla yaratdığı xarakterlərlə alman ədəbiyyatının dirçəlməsinə
səbəb olan yaradıcılığına görə".
1973
Patrik Uayt- Avstraliya - "Yeni ədəbiyyat materikinin kəşfinə səbəb olmuş
epik və psixoloji ustalığına görə".
1974
Eyvind Yunson - İsveç- "Məkan və zamanı dərk edərək azadlığa xidmət edən
yazıçılıq qabiliyyətinə görə".
1974
Harri Martinson- İsveç- "Özündə şehdən tutmuş kainata qədər hər şeyi
ehtiva edən yaradıcılığına görə".
1975
Eucenio Montale- İtaliya- "Tamamilə xəyallardan azad, böyük təsirlilik
gücü ilə və həyata baxışların ifadə olunması ilə fərqlənən poeziya sahəsindəki
nailiyyətlərə görə".
1976
Sol Bellou- ABŞ- "Öz yaradıcılığında birləşdirmiş olduğu müasir mədəniyyətin
incə təhlili və humanizminə görə".
1977
Visente Aleksandre- İspaniya- "İnsanın kosmosda və müasir cəmiyyətdəki vəziyyətini
əks etdirən və eyni zamanda özündə iki dünya müharibəsi arasında ispan
poeziyası ənənələrinin oyanışını ifadə edən möhtəşəm poetik yaradıcılığına görə".
1978
İsaak Başevis Zinger- ABŞ- "Öz polyak-yəhudi köklərinə gedərək, emosional
yazıçılıq qabiliyyətinə görə".
1979
Odiseas Elitis- Yunanıstan- "Yunan mədəniyyətindən bəhrələnərək, ehtirasla
və yüksək intellektuallıqla müasir insanın azadlıq və müstəqillik uğrunda
mübarizəsini təsvir edən poetik yaradıcılığına görə".
1980
Çeslav Miloş- Polşa- "İnsanın dünyada edilməməsini və münaqişələr nəticəsində
parçalanacağını heç bir qorxu olmadan qabaqcadan xəbər verdiyinə görə ".
1981
Elias Kanetti- Böyük Britaniya- "İnsan vicdanının əhəmiyyətini
işıqlandıraraq ədəbiyyat sahəsinə vermiş olduğu böyük töhfələrə görə".
1982
Qabriel Qarsiya Markes - Kolumbiya- "Fantaziya və reallığı eyni zamanda
bir yerə sığışdıraraq bütov bir qitənin həyat və mübarizələrini əks etdirən
roman və hekayələrinə görə".
1983
Uilyam Holdinq- Böyük Britaniya- "İnsan təbiətinin və şər probleminin
mahiyyətinə varan, onları yaşamaq uğrunda mübarizə ideyasında birləşdirən
romanlarına görə".
1984
Yaroslav Seyfert- Çexoslovakiya- "İnsan ruhunun müstəqil və hərtərəfli
olmasını sübut edən və öz təravətliliyi, həssaslığı və zəngin təxəyyüllülüyü ilə
fərqlənən şeirlərinə görə".
1985
Klod Simon- Fransa- "Gözəlliyi və poetik başlanğıcları birləşdirmiş olduğu
yaradıcılıq qabiliyyətinə görə".
1986
Vole Şoyinka- Nigeriya- "Nəhəng mədəni və poetik perspektivləri olan teatr
yaratdığına görə".
1987
İosif Brodski- SSRİ-ABŞ- "Aydın fikir və coşğun poeziya ilə zəngin hərtərəfli
yaradıcılığına görə".
1988 Nəcib
Məhfuz- Misir- "Bütün bəşəriyyət üçün məna kəsb edən, incəliklərlə zəngin ərəb
hekayələrinə və realizmə görə".
1989
Kamilo Xose Sela- İspaniya- "Mərhəmətlə və həssaslıqla insan zəifliyini
qeyd edən, təsirli və güclü nəsr əsərlərinə görə".
1990
Oktavio Pas- Meksika- "Ağılla, humanist tamlıqla və böyük şövqlə yazılmış
hərtərəfli əsərlərinə görə".
1991
Nadin Qordimer- Cənubi Afrika- "Öz bənzərsiz eposu ilə bəşəriyyətə böyük
xeyir verdiyinə görə".
1992
Derek Uolkott- Sent-Lüsiya- "64 fəsilli bənzərsiz karib eposu nümunəsinə
görə".
1993
Toni Morrison- ABŞ- "Amerika gerçəkliyinin vacib aspektini dirçəltdiyi
arzu və poeziyayla zəngin romanlarına görə".
1994
Kendzaburo Oe - Yaponiya- "Gerçəkliyin və mifin birləşərək bu günkü insan
fəlakətlərinin qorxulu mənzərəsini canlandırdığı təsəvvür edilən dünyanın
poetik bir güclə təsvirinə görə".
1995
Şeymas Xini- İrlandiya- "Qarşımızda heyrətamiz həyatı canlandıran və
keçmişi dirildən poeziyasının lirik gözəlliyinə və etik dərinliyinə görə".
1996
Vislava Şimborska- Polşa- "Bəşər gerçəklikləri kontekstində tarixi və
bioloji təzahürləri böyük dəqiqliklə təsvir edən poeziyasına görə".
1997
Dario Fo- İtaliya- "Orta əsrlərin təlxəklərinin xələfi kimi hakimiyyəti və
avtoriteti tənə etdiyinə, əsarətdə yaşayanların ləyaqətini müdafiə etdiyinə görə".
1998
Joze Saramaqo - Portuqaliya- "Təxəyyül, həyəcan və ironiya ilə zəngin
pritçalardan istifadə edərək xəyalı reallığı anlamağa imkan verən fəaliyyətlərinə
görə".
1999
Günter Qrass- Almaniya- "Tarixin unudulmuş surətini işıqlandıran, şən və kədərli
pritçalarına görə".
2000
Qao Sinsyan- Çin/ Fransa- "Müasir dünyada insanın vəziyyətini kədərlə qeyd
edən dünyəvi xarakterli əsərlərinə görə".
2001
Vidiadxar Suracprasad Naypol- Trinidad və Tobaqo/Böyük Britaniya- "Barəsində
fikir yürüdülməsi qəbul edilməyən bəzi faktlarla bağlı bizi düşünməyə vadar edən
sarsılmaz düzlüyünə görə".
2002
İmre Kertes- Macarıstan- "Kertes öz yaradıcılığında cəmiyyətin aktiv
olaraq şəxsiyyəti özündən asılı etdiyi bir dövrdə fərdin yaşamağa və düşünməyə
necə davam edə biləcəyi barəsində suallara cavab verir".
2003
Con Maksvell Kutzeye - CAR- "Kutzeyenin romanlarına xas olan xüsusiyyətlər
- gözəl düşünülmüş kompozisiyalar, zəngin dialoqlar və analitik düşüncə sahəsindəkı
ustalığıdır. O, eyni zamanda hər şeyi - qərb sivilizasiyasının qəddar rasionalizmini
və süni əxlaqını tənqid edir. O, intellektual baxımından çox vicdanlı adamdır.
Doğrunu yanlışdan ayırd etmək problemləri ilə, hərəkət və hərəkətsizliklərin
arasındakı seçim əzabı ilə məşğul olur".
2004
Elfrida Elinek- Avstriya- "Qeyri-adi linqvistik səylə sosial qəliblərin mənasızlığını
və onları kölə vəziyyətinə salan qüvvələri işıqlandırdığı roman və pyeslərində
musiqili səda və əks-səda qabarmalarına görə".
2005
Harold Pinter- Böyük Britaniya - "Öz pyeslərində gündəmin təlaşları əsasında
duran uçurumları aydınlaşdırdığına və işgəncə yerinə daxil olduğuna görə".
2006
Orxan Pamuk- Türkiyə- "Doğma şəhərinin melanxolik ruhunun axtarışı nəticəsində
mədəniyyətlərin toqquşması və qovuşması üçün yeni simvollar tapdığına görə".
2007
Doris Lessinq- Zimbabve/Böyük Britaniya- "Skepsis, həyəcan və uzaqgörənliklə
bölünmüş sivilizasiyanı diqqətə çatdıran, qadın təcrübəsini qeyd edən yazıçı
olduğuna görə".
2008
Jan-Mari Qustav Le Klezio- Fransa/Mavriki- "Yeni istiqamətlərin, poetik
macəraların və duyğusal coşğunluğun müəllifi, bəşəriyyətin hakim
sivilizasiyanın sərhədlərindən kənar tədqiqatçısı olduğuna görə".
2009
Herta Müller- Almaniya- "Poeziyanın cəmləşdirilməsi və nəsrdəki səmimiyyəti
ilə məzlumların həyatını təsvir etdiyinə görə".
2010
Mario Varqas Lyosa- Peru- "Hakimiyyət strukturunun detallı açıqlamasına və
insanın mübarizəsi, üsyanı və məğlubiyyətinin kəskin təsvirinə görə".
2011
Tomas Transtromer- İsveç- "Aydın və yığcam şəkilləri ilə reallığa daha
asan çıxış əldə etmək imkanı yaratdığına görə"
2012
Quan Moye (Mo Yan)- Çin- “Tarix, müasirlik və nağılı sintez edən
hallüsinasiyalı realizmə görə”
Комментариев нет:
Отправить комментарий