Bu cür pedaqoji qabiliyyətlər müəllimin təşkilatçılıq funksiyası və
ünsiyyəti ilə bağlıdır.Kommunikativ qabiliyyətlərə konkret olaraq aşağıdakıları
aid etmək olar: təşkilatçılıq qabiliyyəti, avtoritar qabiliyyət, perseptiv qabiliyyət,
suqqestik qabiliyyət, pedaqoji mərifət, pedaqoji təxəyyül, diqqəti paylaya bilmək
qabiliyyəti, pedaqoji refleksiya.
Təşkilatçılıq qabiliyyətləri.
Təlim və tərbiyənin səmərəliliyi müəllimin təşkilatçılıq qabiliyyətindən
çox asılıdır. Bu cür qabiliyyətlər 2 formada təzahür edir. Birincisi, şagird
kollektivini təşkil etmək, möhkəmləndirmək, mühüm vəzifələrin həyata keçirilməsinə
ruhlandırmaq, ona düşünülmüş səviyyədə təşəbbüs və müstəqillik verə bilmək
qabiliyyəti. İkincisi, öz fəaliyyətini düzgün təşkil etmək qabiliyyətləri: səliqəlilik,
işgüzarlıq, dəqiqlik, öz işini düzgün planlaşdırmaq və özünənəzarəti təşkil etmək
bacarığı.
Avtoritar qabiliyyətlər.
Müəllim daima bu və ya digər cəhətdən bir-birindən fərqlənən şagirdlərlə,
onların təlim tərbiyəsi ilə məşğul olur. Bu işdə müvəffəqiyyət qazanmaq onun
şagirdlər arasındakı hörmətindən çox asılıdır. Belə qabiliyyətə malik olan müəllim
şagirdlərə bilavasitə emosional-iradi təsir göstərə bilir və bunun əsasında
onların hörmətini qazanmağı bacarır. Bu cür qabiliyyətlərin əsasını müəllimin
öz fənnini mükəmməl bilməsi, onun incəliklərini şagirdlərə çatdıra bilməsi,
müsbət iradi keyfiyyətləri, öz yetişdirmələrini hədsiz sevməsi, gördüyü işin
doğruluğuna inam, öz əqidəsini şagirdlərinə aşılaya bilməsindən asılıdır.
Kommunikativ qabiliyyətlər.
Kommunikativ qabiliyyətlər uşaqlarla düzgün qarşılıqlı əlaqə yaratmağa
imkan verir. Kommunikativ qabiliyyətlərə şagirdlərlə ünsiyyətə qabillik,
onların yaş və fərdi xüsusiyyətlərini nəzərə almaq bacarığı, şagirdlərlə pedaqoji
nöqteyi-nəzərdən məqsədə müvafiq qarşılıqlı əlaqə yarada bilmək bacarığı
aiddir.
Perseptiv qabiliyyətlər.
Şagirdin daxili aləminə nüfuz edə bilmək, şagird şəxsiyyətini və onun
müvəqqəti psixi vəziyyətini incəliklərinə qədər başa düşməklə bağlı olan qabiliyyətlərdir.
Bu cür qabiliyyətə malik olan müəllim indiki anda şagirdin
psixologiyasını, onun psixi vəziyyətini qavrayır və eləcə də anlayır, ötəri bir
əlamətə, kiçicik zahiri ifadəyə əsasən şagirdin daxili aləmindəki ən cüzi dəyişiklikdən
baş çıxara bilir.
Suqqestik qabiliyyət.
(latın dilindən tərcümədə ,,təlqinə əsaslanan"). Bu, şagirdlərə
iradi təsir göstərmək qabiliyyəti, müəyyən tələbi irəli sürmək və onun yerinə
yetirilməsinə mütləq nail olmaq qabiliyyətindən ibarətdir. Burada söhbət müəllimin
sakit, şagirdləri kobudcasına sıxışdırmadan, məcbur etmədən və hədələmədən öz tələbini
irəli sürməsi və ona nail olmasından gedir.
Pedaqoji texnologiyada müəllimin fəaliyyətini aşağıdakı
funksional komponentlərə ayırmaq olar:
1) Qnostik (idraki) komponent
2) Layihələşdirici komponent
3) Konstruktiv komponent
4) Təşkilatçılıq komponenti
5) Kommunikativ (ünsiyyət) komponent
Qnostik komponentə daxildir:
təlim, təhsil-tərbiyənin məqsədləri, tədris etdiyi fənnin məzmunu barədə
biliklər, şagirdləri öyrənmək, təlim prinsiplərini və texnologiyalarını öyrənmək,
öyrədici və tərbiyəedici məşğələlər keçirmək və s.
Layihələşdirici komponent.
Uzaq məqsədləri (pespektivləri), əməliyyatları, vasitələri özündə birləşdirir;
layihələşdirmə cinsi fərqlər nəzərə almaqla həyata keçirilməlidir.
Konstruktiv komponent.
Qarşıdakı məşğələni hazırlamaq üçün əməliyyatlar komplektini nəzərdə
tutur
Təşkilatçılıq komponenti. Məşğələləri hazırlamaq və keçirmək üçün əməliyyatlar komplektini nəzərdə
tutur.
Kommunikativ komponent.
Şagirdlərlə qarşılıqlı ünsiyyət prosesi zamanı fəaliyyət üçün əməliyyatlar
komplektini özündə birləşdirir.
Son iki komponent (kommunikativ və təşkilatçılıq komponentləri) bir-biri
ilə sıx əlaqədədirlər.
Texnologiyaların müxtəlif təsnifatları var. Onlardan ikisi –pedaqoji və
psixoloji texnologiyalar xüsusilə qeyd edilməlidir.
Pedaqoji texnologiyalarda əməliyyatlar və hərəkətlər fiziki cəhətdən
hiss olunur. Psixoloji texnologiyalar gizli xarakter daşıyır. Bu, konkret
insanın psixikasında baş verən əməliyyatlar və hərəkətlərdir. Amma pedaqoji və
psixoloji texnologiyalar arasında dəqiq sərhəddi müəyyənləşdirmək olduqca çətindir.
Pedaqoji texnologiyalar aşağıdakı kimi təsnif oluna bilər:
1) Təlim texnologiyası
2) Tərbiyə texnologiyası
3) İnkişaf texnologiyası
4) Diaqnostika texnologiyası
Müəllimin sagirdlərlə ünsiyyət üslubu:
avtokratik, avtoritar, demokratik, laqeyd, qeyri-sabit ünsiyyət
üslubları və onların xarakteristikası. Müəllimlərin şagirdlərlə ünsiyyətlərinin
səmərəliliyinə görə fərqlənmələri.
Pedaqoji ünsiyyət zamam müəllimin mövqeyi.Pedaqoji ünsiyyət zaınanı müəllimin
mövqeyinin yeri. Müəllimin şagirdlərlə ünsiyyət prosesində özünü göstərən
davranış modelləri:
diktator modeli, təmassız model, fərqləndirici diqqət modeli,
hiporefleks modeli, hiperrefleks modeli, dəyişməyən reaksiya modeli, avtoritar
model, fəal qarşılıqlı təsirmodeli.
Gənc müəllimin şagirdlərlə ünsiyyətindəki çətinliklər. Gənc müəllimlərin
qarşılaşdıqları çətinliklərin xüsusiyyətləri. Çətinlikləri doğuran «psixoloji maneələr».
Çətinlik və maneələrin aradan qaldırılması yolları.
Pcdaqoji fəaliyyət və ünsiyyət zamanı ınüəllimin qarşılaşdığı ümumi
psixoloji çətinliklər.Çətinliklərin xarakteri və tipləri: xarici səbəblərdən irəli
gələn psixoloji çətinlik, daxili səbəblərdən irəli gələn psixoloji çətinlik,
xarici səbəblərdər törəmiş və xarici səbəblərlə şərtlənən psixoloji çətinliklər.
Psixoloji çətinliklərin aradan qaldırılması yolları.
Müəllimin pedaqoji mərifəti,onun mahiyyəti, məzmunu və təzahür xüsusiyyətləri.
Pedaqoji ünsiyyət haqqında anlayış
Pedaqoji ünsiyyət müəllimin şagirdlərlə təlim və tərbiyə prosesində həyata
keçirdiyi peşə ünsiyyətidir. Bu cür ünsiyyət hərtərəfli inkişaf etmiş şəxsiyyətin
formalaşması üçün şərait yaradılmasma yönəlmiş olur, kollektivdəki
sosial-psixoloji prosesləri idarə etməyə və səmərəli psixoloji iqlim yaratmağa
imkan verir. Ona görə də hər bir müəllimin pedaqoji ünsiyyətin mahiyyəti, onun
sosial-psixoloji mexanizmləri ilə dərindən tanış ohnası və şagirdlərlə birgə fəaliyyəti
zamanı ondan lazımi şəkildə istifadə etməsi zəruridir.
Pedaqoji ünsiyyət ümumiyyətlə ünsiyyətin bütün xüsusiyyətlərini özündə əks
etdirir. Ona görə də birinci növbədə həmin cəhətləri nəzərdən keçirək.
Sosial-psixoloji ədəbiyyatda ünsiyyətin bir-birilə sıx bağlı olan üç cəhəti
qeyd edilir. Bu cəhətlərin hər biri pedaqoji ünsiyyətə də aiddir.
Pedaqoji ünsiyyətin yerinə yetirdiyi vəzifələrə görə onun aşağıdakı növlərini
ayırmaq mümkündür: informasiya mübadiləsi, başqa adamın davranışını tənzim etmək,
şəxsiyyətlərarası anlama. Tərəfmüqabilliyin xarakterinə və müəllimin ünsiyyətdəki
mövqeyinə görə də pedaqoji ünsiyyətin növlərini müəyyənləşdirmək mümkündür. Adətən,
şagirdlərlə və valideynlərlə ünsiyyət zamanı müəllim qiymətləndirən rolunda,
direktorla, dərs hissə müdiri ilə, metodistlə, inspektorla pedaqoji ünsiyyət
zamanı isə qiymətləndirilən rolunda çıxış edir və buna müvafiq olaraq ünsiyyət
vasitəsi də dəyişilir. Pedaqoji ünsiyyəti öz məzmununa və müəllimin
şagirdə müraciət tərzinə görə də növlərə ayırmaq mümkündür. Bunla-ra təşkiledici,
qiymətləndirici, intizam yaradan pedaqoji ünsiyyət növlərini aid etmək olar.MüəIIimin
şagirdlərlə ünsiyyət üslubu
Müəllimin kommunikativ fəaliyyətinin öyrənilməsi göstərir ki, pedaqoji
ünsiyyətin xarakteri və məzmunu müxtəlif amillərlə şərtlənir ki, bunlardan müəllimin
fərdi ünsiyyət üslubu, mövqeyi, ustanovkasını xüsusi qeyd etmək
lazımdır.Bunlar bir növ ünsiyyətin vasitəsi rolunu oynayırlar.
Adətən hamıda, eləcə də müəllimlərin hamısında ünsiyyət
üslubu eyni olmur. Konkret bir şəxsiyyət kimi hər bir müəllimdə ünsiyyətin təşkili
priyom və metodları nisbətən sabit şəkilde cəmlənir. Kommunikativ məsələni həll
etməyə yönəldilmiş bu cür davamlı keyfiyyətlər fərdi ünsiyyət üslubu adlanır.
İdarəetmə ilə bağlı olaraq sosial
psixologiyada beş cür rəhbərlik üslubu qeyd olunur: avtokratik, avtoritar,
demokratik, laqeyd (etinasız, liberal) və qeyri-sabit (ardıcıl olmayan) rəhbərlik
üslubu. Buna uyğıın olaraq pedaqoji ünsiyyətin də eyni üslubları qeyd etmək
mümkündür.
Adətən, avtokratik və avtoritar rəhbərlik
üslubuna malik olan müəllimlər pedaqoji ünsiyyətin təşkilində demək olar ki,
eyni mövqe tuturlar. Bu cür rəhbərlik üslubuna malik olan müəllimlər şagirdlərə
yalnız obyekt kimi yanaşırlar. Şagird ünsiyyətin bərabər hüquqlu tərəf müqabili
kiıni qəbu! edilmir. Belə müəllimlər həmişə hökmüran olmağa çalışırJar. Onlarla
ünsiyyət zamanı şagirdlər təşəbbüskarlığı itirirlər. Bu ciir iinsiyyət üslubuna
rrialik olan müəllimlər ünsiyyət zamanı şag-irdlərin fərdi xüsusiyyətlərini nəzərə
almır, hamı ilə eyni ünsiyyət saxlamağa can atırlar. Onlar şagirdlərin fərdi
xüsu-siyyətlərini göstərsələr də, tamamilə qeyri-real model qurur, həınin fərqi
olduqca şişirdir, real hesab edirlər. Şagird başqala-rına nisbətən bir qədər fəal
olduqda, müəllimin gözündə o iğtişaşçı kimi, bir qədər passiv olduqda isə - tənbəl,
avara kimi görüniir. Belə müəllimlər üçiin neqativ ustanovka, başqa sözlə
şagirdə qarşı qeyrişüuru, pis münasibət xarakterik haldır. Bu cür miiəllimlər
ünsiyyətdə seçici, qiymətləndirmədə isə subyektiv olurlar. Ona görə də bu cür ünsiyyət
üslubu səmərə-li xarakter daşıya bilmir.
Bu sahədə tədqiqat aparan müəlliflərin əksəriyyəti
ən səmərəli ünsiyyət üslubu kimi demokratik üslubu qeyd edirlər. Belə rəhbərlik
üslubunda şagird subyekt kimi qavranılır. Bu cür rəhbərlik üslubuna malik olan
müəllim şagird kollektivi ilə razılaşır. Qərar qəbul edərkən kollektiv və onun
liderinin təklifini nəzərə alır. Məktəblilərin müstəqilliyini boğmur, şagirdlərə
daima xahiş, məsləhətlə yanaşır, müsbət emosional əlaqəyə üstünlük verir.. Bu
cür ünsiyyət ülslubuna malik olan müəllimlər şagirdlərin fərdi xüsusiyyətlərini
və şəxsi təcrübələrini, fəallıq və tələbatlarını nəzərə almağa çalışırlar. Belə
müəllimlərdə neqativ ustanovka olmur və ya onu təzahür etdirmirlər.Onlar qiymətləndirmədə
obyektiv, təmas yaratmaqda isə təşəbbüskardırlar. Təcrübə göstərir ki, şagirdJərlə
qarşılıqlı münasibətdə pedaqoji ünsiyyətin demokratik üslubundan istifadə edən
müəllimlərlə şagirdlər arasında olduqca səmərəli təmas yaranır. Şagirdlər bu
cür müəllimlərlə ünsiyyətə daima can atır, onlardan hər cür köməklik gözləyirlər.
Laqeyd və yaxud liberal rəhbərlik üslubuna
malik olan müəllimlərin şagirdlərlə ünsiyyəti də kortəbii xarakter daşıyır.
Burada ünsiyyətin xarakteri müəllimin özündən deyil, şagirdlərdən asılı olur,
şagirdlər tərəfindən diktə olunur. Belə müəl-lim şagirdlərin işinə qarışmamağa
çalışır, özünün qətiyyətsizliyi ilə fərqlənir, neytrallığa can atır. Məqsədi
yayğın xarakter daşıyır. Heç vaxt qarşıdakı məqsədi həyata keçirməyə can atmır.
Ona görə də şagirdlər bu cür müəllimlə ünsiyyət zamanı öz tələbatlarını lazımi
şəkildə ödəyəcəklərini güman etmirlər.
Nəhayət, qeyri-sabit, ardıcıl olmayan rəhbərlik
üslubuna malik olan müəllimlərin ünsiyyət üslubu da həmin cəhəti özündə əks
etdirir. Bu cür müəllimlə şagirdlər ona görə ünsiyyətə girməyə cəhd göstərmirlər
ki, onun necə, hansı üslubla hərəkət edəcəyini müəyyənləşdirməkdə çətinlik çəkirlər.
Şübhəsiz, qeyd olunan rəhbərlik üslubunun hər
biri müəllimjə şagirdlər arasındakı qarşılıqlı münasibətlərə özünəməxsus şəkildə
təsir göstərəcəkdir. Şagird kollektivinin düzgün idarə olunması isə bu cür
qarşılıqlı münasibətlərin sə-mərəliliyindən asıhdır.
Müəllimlə şagirdlərin qarşılıqlı ünsiyyəti nə
qədər səmərəli olarsa, kollektivin idarə olunması, onun üzvlərinin tərbiyə
işinin təşkili də bir o qədər səmərəli olacaqdır. Şagirdlərlə qarşılıqlı ünsiyyətin
səmərəliliyinə görə müəllimləri şərti olaraq 4 qrupa bölmək mümkündür.
Birinci qrupa şagirdlərlə daima ünsiyyətdə olan
müəllimləri aid etmək olar. Bu cür müəllimlər təkcə dərsdə, məktəbdə, təlimlə
bağlı məsələləri həll edərkən şagirdlərlə ünsiyyətdə olmaqla kifayətlənmirlər.
Onların şagirdlərlə ünsiyyəti şagird həyatının bütün sahələrini əhatə edir. Bu
cür ünsiyyət öz səmərəliliyi, müəllimin şagirdlərə inamı ilə fərqlənir. Həmin
müəllimlər demokratik rəhbərlik üslubuna malik olurlar.
Şagirdlərlə qarşılıqlı ünsiyyətin səmərəliliyinə
görə ikinci qrupu şagirdlərə hörmətlə yanaşan və şagirdlərdə onlara qarşı dərin
inam və etimad mövcud olan müəllimlər təşkil edir. Lakin onun şagirdlərlə
qarşılıqlı ünsiyyəti ən çox təlim prosesində mövcud olur, təlimdən kənar
vaxtiarda isə müxtəlif səbəblərdən bu cür ünsiyyət müntəzəm xarakter daşımır.
Buna baxmayaraq bu və ya digər şagird çətinliyə düşdükdə və bunu həll edə bilmədikdə
həmin müəllimə müraciət edir, bu zaman onların arasındakı ünsiyyət açıq qəlbdən və inam səviyyəsindən
gedir. Həmin qrupa daxil olan müəilimlərdə demokratik rəhbərlik üslubu üstünlük
təşkil edir. Bununla yanaşı olaraq ikinci qrupa daxil olan müəllimlərdə bəzən
avtoritar rəhbərlik üslubu da özünü göstərir.
Şagirdlərlə qarşılıqlı ünsiyyətin xarakterinə
görə iiçüncü qrupa daxil olan müəllimlər əvvəlkilərdən bir sıra cəhətlərinə görə
fərqlənirlər. Bu cür müəllimlər, adətən, şagirdlərlə yaxın ünsiyyət saxlamağa cəhd
göstərir, bü cür ünsiyyətə can atırlar. Lakin bu cür ünsiyyətə nail ola bilmirlər.
Bu cür ünsiyyətin baş tutmamasının səbəbinə gəldikdə, onlar vaxtın çatmaması
üzündən öz cəhdlərini həyata keçirə bilmiriər. Ünsiyyətə cəhd göstərməsinə
baxmayaraq, şagirdlər onlara inanmadıqlarına görə qarşılıqlı ünsiyyət baş
tutmur. Belə müəllimlər ya həddindən artıq mentor (öyüdçü) pozası tutur, ya
onlara verilən sirri saxlaya bilmir, ya da şagirdlərin hörmətini qazana bilmirlər.
Ona görə də bu cür müəllimlərin şagird kollektivini idarəetmələri çətinləşir.
Bu cür müəllimlər arasında avtoritar rəhbərlik üslubuna malik olanlar tez-tez
özünü göstərir. Bununla yanaşı həmin qrupa daxil olan müəllimlər arasında müəyyən
miqdarda demokratik və ardıcıl olmayan rəhbərlik üslubuna malik olan müəllimlərə
də rast gəlmək mümkündür.
Dördüncü qrupa gəldikdə, buraya daxil olan müəllimlər
şagirdlərlə çox məhdud işgüzar ünsiyyətlə kifayətlənirlər. Bu cür müəllimlər
şagirdlərlə ünsiyyətə can atmadıqları kimi, dərs dedikləri şagirdlər də onlarla
yaxın ünsiyyətə, ürək sözlərini deməyə, onlarla məsləhətləşməyə meyl göstərmirlər.
Bu qrupa, əsasən avtokratik və etinasız rəhbərlik üslubuna malik olan müəllimlər
daxil olurlar.
Комментариев нет:
Отправить комментарий