Təkcə əsərləri ilə tanınmayan tanınmışlar
Tomas Çatterton - ingilis şairi - 17
yaşındaykən arsen (dişə qoyulan mərgümüş) qəbul edərək özünü öldürdü. Çox
tanınmadığına görə ümidsizliyə qapılmışdı. Öldükdən sonra məşhurlaşdı…
Corc Bayron - ingilis şaiir – Hərarətini
aşağı salmağa çalışan həkim tərəfindən öldürülüb. Son sözləri: “Artıq yatmalıyam”
olub.
Onore de Balzak - fransız yazıçı – Həddən çox
qəhvə içdiyi üçün boğulub öldü
Edqar Po - amerikalı yazıçı – Ölümünün
dəqiq səbəbi bilinmir. Bəzilərinə görə, quduzluqdan, bəzilərinə görə, beyin
tıxanıqlığından ölüb. Soyğunçular tərəfindən öldürüldüyünü də iddia edənlər
var. Dəqiq bilinən isə budur ki, cəsədi ölümündən bir neçə gün sonra qəsb
edilmiş halda tapılıb. Dəfnində cəmi 4 nəfər iştirak edib.
Lev Tolstoy - rus yazıçısı - Soyuq bir qış
gecəsində qatar stansiyalarının birində donaraq ölüb.
Artur
Rembo - fransız şairi – Sifilis qurbanı idi.
Əvvəlcə sağ qıçı kəsildi, sonar iflic keçirdi, daha sonra isə yavaş-yavaş
komaya girdi və öldü.
Şervud Anderson - amerikalı
yazıçı - Bir şənlikdə içdiyi martininin içərisindəki zeytunun kürdanını
udduqdan sonra bağırsaq iltihabı keçirdi və öldü.
Cek London - amerikalı yazıçı - Həddən
artıq dozada morfi qəbul etdikdən sonra 40 yaşında öldü.
Virciniya Vulf - britanyalı yazıçı və tənqidçi
- Ciblərini daşla dolduraraq özünü Ousa çayına atıb.
Frans Kafka
- Vərəmdən ölüb və cəsədi ailəsinin dəfn olunduğu Praqaya gətirilərək
yandırılıb və sonra torpağa basdırılıb. Ən böyük arzusu ölümündən sonra bütün
əsərlərinin yox edilməsi idi.
Serqey Yesenin - rus şairi – Uzun müddət
Mərdəkanda yaşayıb və əsas əsərlərini burda yaradıb. Leninqradda Anqleter
otelının 5 №-li otağında biləklərini kəsərək qanıyla ən son şeiri olan “Xoşca
qal, yoldaşım”ı yazıb və özünü asıb.
Uilyam Folkner - amerikalı yazıçı - Atdan
yıxıldıqdan sonra infarkt keçirib və ölüb.
Ernest Heminquey - amerikalı yazıçı – Öz evində
atasından qalma ov silahı ilə beynini göyə uçurub.
Tomas Vulf - amerikalı yazıçı – beyin tuperkulyozuna yoluxub və tədricən dünyasını
dəyişib.
Tennesi Uilyams - amerikalı dramaturq – dərman
içmək istəyərkən qutu qapağını udaraq boğulub.
Silviya Plat - amerikalı şair - Başını
sobaya soxub yandıraraq intihar edib.
Aleksand Puşkin - rus
şair və yazıçı. Dueldə uduzub və 3 gün sonra ölüb.
Otto Veyninger -
avstriyalı filosof - 21 yaşında ilk kitabı “Cinsiyyət və xarakter”in nəşr
olunmasından qısa bir müddət sonra Bethovenin də ölmüş olduğu evdə özünü
silahla öldürüb.
Andres Kaysedo -
kolumbiyalı yazıçı. 25 yaşından sonra “yaşamağa dəyməz” deyirdi. Dediyini də
edib - 25 yaşında özünü öldürüb.
Stefan Sveyq – avstriyalı yazıçı - 1941-ci
ildə Brazilyada yaşayarkən Avropanın vəziyyətinə kədərlənir və həyat yoldaşıyla
birlikdə intihar edir.
Emilio Salqari -
italyan yazıçı. Samuray üsulu ilə əvvəl boğazını, sonra isə eyni qılıncla
mədəsini kəsərək intihar edib.
Комментариев нет:
Отправить комментарий