Yazda qulluq edilmiş ağaclar çiçəklədiyi kimi zəhmət çəkilmiş işlər də öz bəhrəsini verir
23.12.2014
27.11.2014
ANA DİLİMİZİ QORUYAQ!
İnsan ömrü boyu çeşidli dillər öyrənir və danışır. Bəzən yabançı ölkələrdə yaşadığı üçün ana dilində deyil, həmin məmləkətin dilində danışmalı olur. Ancaq, hansı dildə danışır danışsın, insan çətinə düşəndə, köməyə çağıranda, dərd-qəmindən söhbət açanda, öz-özünə danışanda və son nəfəsində həmişə ana dilindən istifadə edir. İllərlə danışılmasa belə, ana dili heç vaxt unudulmur.
09.08.2014
Təhsil Nazirliyi növbəti tədris ilində aşağıdakı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur:
1. Məktəb rəhbərlərinin səmərəli fəaliyyətini təmin etmək məqsədi ilə onlar üçün peşə standartları əsasında təlimlərin keçirilməsi;
2. Keyfiyyət sertifikatı almış məktəb direktorlarının əmək haqqına əlavələrin edilməsi;
3. Hesabatlılıq və məsuliyyətin bölüşdürülməsi prinsiplərinin tətbiq edilməsi yolu ilə məktəblərin idarə edilməsində şəffaflığın və aşkarlığın artırılması;

09.06.2014
PEŞƏKAR MÜƏLLİMİN BƏDƏN DİLİ
ƏLLƏR VƏ ONLARİN İSTİFADƏ EDİLMƏSİ
Əllər insanın özünü ifadə etməsində ən hissi və ən təsirli orqandır. İnsan əlinin bacarığının inkişafı onun beyninin biolji inkişafı ilə paraleldir. İnsan beyninin düşünub xəyal etdiyini əllər həyata keçirir.
Əldə yerləşən saysız sinirlər vasitəsilə insan barmaqları arasındakı bir saç telini, ya da toz zərrəciyini hiss edir.
İnsan beynində baş və şəhadət barmaqlarını idarə edən hüceyrələrin yerləşdiyi sahə bütün duyğu orqanlarının tutduğu sahəyə bərabər, ayağın tutduğu sahədən də 10 dəfə böyükdür.

ƏLİN FORMALARI
Bir dirijorun əlindəki çubuq hansı funksiyanı yerinə yetirirsə, danışan insanın əlləri də o funksiyanı yerinə yetirir. Əl hərəkətləri danışığımıza ritm və vurğu qataraq düşüncəmizin duyğusal tonunu göstərmiş olur.
AÇIQ ƏL
Müəllimin əllərinin hərəkətlərindən biri, ovuclarınin açıq olaraq çölə baxması və ovuc içinin şagirdə göstərilməsidir. Ovuc içi əllərin çölünə nisbətən daha həssasdır.
Müəllim sinifdə eyni səs tonu və sözlərdən istifadə etsə belə, ovcunun istifadəsindəki fərqlilik səbəbi ilə şagirdi narahat edə bilər.
Müəllim sinifdə eyni səs tonu və sözlərdən istifadə etsə belə, ovcunun istifadəsindəki fərqlilik səbəbi ilə şagirdi narahat edə bilər.
Qardner nəzəriyyəsi
Şagirdlərin bilik, bacarıq və qabiliyyətlərinin aşkar edilməsi və inkişaf
etdirilməsi işində dünya təcrübəsində geniş yayılmış Hovard Qardnerin nəzəriyyəsinin
böyük əhəmiyyəti vardır. Bu nəzəriyyəyə çoxşaxəli əqli qabiliyyətlər nəzəriyyəsi
də deyirlər. Amerika psixoloqu Hovard Qardner bu nəzəriyyəni 1983-cü ildə “Ağıl
çərçivəsində” kitabında təklif etmişdir. Qardner nəzəriyyəsinə görə hər bir
şagird 8 qabiliyyətin təkrarolunmaz kombinasiyasına malikdir. Bu qabiliyyətləri
inkişaf etdirmək yollarını tapmaq lazımdır. Qardnerin fikrincə hər bir şagird
ruhlandırıldıqda, dəstək və düzgün təlimatlar aldıqda 8 qabiliyyəti də lazımı səviyyədə
inkişaf etdirilə bilər. Bu xüsusiyyətlərin üzə çıxması üçün onlara şərait
yaradılmalıdır. Bu qabiliyyətlər aşağıdakılardır:
1. Verbal (linqvistik) qabiliyyət – belə şagirdlər çoxlu suallar verir, danışmağı, oxumağı, yazmağı xoşlayır, yaxşı lüğətə malikdir, asanlıqla yeni dil öyrənə bilirlər.
1. Verbal (linqvistik) qabiliyyət – belə şagirdlər çoxlu suallar verir, danışmağı, oxumağı, yazmağı xoşlayır, yaxşı lüğətə malikdir, asanlıqla yeni dil öyrənə bilirlər.
Kommunikativ qabiliyyətlər.
Bu cür pedaqoji qabiliyyətlər müəllimin təşkilatçılıq funksiyası və
ünsiyyəti ilə bağlıdır.Kommunikativ qabiliyyətlərə konkret olaraq aşağıdakıları
aid etmək olar: təşkilatçılıq qabiliyyəti, avtoritar qabiliyyət, perseptiv qabiliyyət,
suqqestik qabiliyyət, pedaqoji mərifət, pedaqoji təxəyyül, diqqəti paylaya bilmək
qabiliyyəti, pedaqoji refleksiya.
Подписаться на:
Сообщения (Atom)