09.08.2014

Təhsil Nazirliyi növbəti tədris ilində aşağıdakı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur:
1. Məktəb rəhbərlərinin səmərəli fəaliyyətini təmin etmək məqsədi ilə onlar üçün peşə standartları əsasında təlimlərin keçirilməsi;
2. Keyfiyyət sertifikatı almış məktəb direktorlarının əmək haqqına əlavələrin edilməsi;
3. Hesabatlılıq və məsuliyyətin bölüşdürülməsi prinsiplərinin tətbiq edilməsi yolu ilə məktəblərin idarə edilməsində şəffaflığın və aşkarlığın artırılması;

4. Korrupsiyaya qarşı tədbirlərin sistemli və davamlı aparılması, korrupsiya halları ilə mübarizə nəticəsində cəmiyyət və məktəb, cəmiyyət və müəllim arasında sağlam münasibətlərin bərqərar olunması;
5. Təhsil sahəsində innovativ ideyaların, o cümlədən “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrindən qaynaqlanan müasir yanaşma və layihələrin dəstəklənməsinə şəraitin yaradılması;
6. Dərsliklərin və müəllimlər üçün metodik vəsaitlərin təkmilləşdirilməsi ilə bağlı onların müəlliflərinə təlimlərin keçirilməsi;
7. Fənn kurikulumlarının mahiyyətinin valideynlərə çatdırılması üçün maarifləndirmə işlərinin gücləndirilməsi;
8. Şagirdlərin tədris proqramlarını səmərəli mənimsəməsi məqsədilə ilə illik dərs müddətinin 2 - 3 həftə artırılması (2014-2015-ci tədris ilində bütün ölkə ərazisini əhatə etməklə);
9. Yuxarı siniflərdə şagirdlərin həftəlik dərs yükünün azaldılması, onların meyl və maraqlarını nəzərə alaraq, məcburi və seçmə fənləri əhatə edən tədris planlarının tətbiqi;
10. Ümumi təhsil müəssisələrinin dövlət standartlarına cavab verən qida məhsulları və iaşə xidməti ilə təmin edilməsinə nail olunması;
11. Məktəblilərin sağlamlığının qorunmasına və fiziki tərbiyəsinə diqqətin artırılması yolu ilə onların pis vərdişlərdən çəkindirilməsinə və sağlam böyümələrinə şəraitin yaradılması.

Комментариев нет:

Отправить комментарий